EN

Taner Beyoğlu: İstanbulda keçiriləcək sərgidə Azərbaycandan ona yaxın nəşriyyat iştirak edəcək

“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi olaraq dünyanın fərqli ölkələrindən nəşriyyatları İstanbulda hər il keçirilən kitab sərgimizin üç gün davam edən beynəlxalq hissəsinə dəvət edirik. Sərgi çərçivəsində bir sıra əməkdaşlıqlara da imza atılır. Bu il keçiriləcək 41-ci Beynəlxalq İstanbul Kitab Sərgisinə təxminən doqquz ölkədən otuza yaxın fərqli yayım evi qatılacaq. Qardaş ölkə Azərbaycan isə sərginin beynəlxalq hissəsində “Fəxri qonaq” olacaq”.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden bildirir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu deyib.

O, deyib ki, İstanbulda keçiriləcək sərgidə iştirak məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycandan ona yaxın nəşriyyat Türkiyəyə gələcək: “Yayım evləri burada həm mədəni, həm də ticarət görüşlər keçirəcəklər. Bu da iki qardaş ölkənin nəşriyyat sektoru arasındakı mədəni olduğu qədər ticarət əlaqələrinin də inkişafına töhfə verəcək. Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ədəbiyyatımızın xaricə açılmasına dəstək proqramının da təqdimatı keçiriləcək. Bununla yanaşı, xaricdən dəvət etdiyimiz çox sayda naşirin qarşılıqlı görüşünün keçirməsi, əlaqələrin qurulmasına da dəstək verəcəyik. Sərginin əsas məqsədi xüsusilə Türk ədəbiyyatının fərqli dillərə tərcümə edilərək dünyanın müxtəlif ölkələrindəki kitabsevərlərə çatdırmaqdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
2
qaziler.az

3Sources