EN

Bayden administrasiyası İsrail və Hizbullah arasında müharibədən qorxur

İsraillə Livanın şiə Hizbullah hərəkatı arasında genişmiqyaslı müharibə ehtimalı ABŞ prezidenti Co Bayden administrasiyasını narahat edib.

Politico qəzetinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, Livanda rabitə avadanlığının partlaması və İsrailin Beyrutun cənub ətrafına endirdiyi hava hücumu genişmiqyaslı müharibəyə səbəb ola bilər.

Nəşr yazır: “Amerika rəsmiləri İsrail və Hizbullah arasında döyüşlərin yaxın günlərdə əhəmiyyətli dərəcədə güclənəcəyini və potensial olaraq iki tərəf arasında genişmiqyaslı müharibəyə gətirib çıxaracağını gözləyirlər”.

Bundan əvvəl İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman Hizbullah ilə qarşıdurma səviyyəsinin artdığını açıqlamışdı.

Mənbə RİA Novosti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
dogru.az

1Sources