EN

Bundestaq deputatları Kurska müdaxilənin risklərindən narahatdırlar

Almaniya Parlamentinin (Bundestaq) Almaniya üçün Alternativ (AfD) partiyasından olan bir qrup deputatı diqqət çəkən fikirlər səsləndiriblər.

Rusiya mediasının yaydığı məlumata görə onlar bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayəti ərazisinə daxil olması münaqişənin gərginləşməsi riskini xeyli artırır və sülh danışıqlarını ləngidir.

Deputatlar xatırladıblar ki, ekspertlər Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionuna müdaxiləsini yüksək risklərlə bağlayırlar və bu addım hərbi baxımdan dayanıqlı deyil.

AfD üzvlərinin fikrincə, Almaniyanın Ukraynaya verdiyi silahların Kursk bölgəsində mümkün istifadəsi siyasi-simvolik effekt səbəbindən yeni eskalasiya riskini artırır. Parlamentarilər Ukrayna Silahlı Qüvvələrinin hücumunun sülh danışıqlarını gecikdirməsindən və hərbi əməliyyatların intensivləşməsinə gətirib çıxaran risklərdən narahat olduqlarını bildiriblər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Chosen
20
news365.az

1Sources