Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə Aleksey Medvedin xatirə turnirdə bu gün medalçılar bəlli olacaq.
İdman.biz xəbər verir ki, ilk gündə 14 güləşçimiz xalça üzrəni çıxıb.
4 güləşçimiz finala yüksəlib. Cəbrayıl Hacıyev (74 kq), Orxan Abasov (79 kq), Arseni Coyev (86 kq) və Abubakar Abakarov (92 kq) qızıl medal uğrunda rusiyadan olan rəqibləri ilə güləşəcək. Daha 6 güləşçimiz isə bürünc medal qazana bilər.
İdman.biz