EN

ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Amerikanın "Politico" qəzeti məlumat yayıb.

"Rusiya və Çinin hərbi fəallığının artması səbəbindən Alyaska sahillərində gərginlik artdığı üçün onlar oraya bir esmines və uzaqmənzilli raket sistemi ilə təchiz edilmiş ordu bölməsi göndəriblər", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
13
8
milli.az

9Sources