EN

Tikinti materialları istehsalı artıb

2024-сü ilin yanvar–avqust aylarında Azərbaycanda 908,6 milyon manatlıq tikinti materialları istehsal olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. 

Dövlət Statistika Komitəsindən məlu­matıa görə, ötən 8 ay ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 73,3 faiz artaraq 103,1 min ton, asfalt istehsalı 37,9 faiz artaraq 57,5 min ton, beton istehsalı 32,3 faiz artaraq 3 mil­yon 205,2 min ton, betondan yığma tikinti konstruksiyalarının istehsalı 27,8 faiz arta­raq 23,9 min ton, tikinti gipsinin istehsalı 13,8 faiz artaraq 61,2 min ton, sement is­tehsalı isə 12,8 faiz artaraq 2 milyon 720,9 min ton təşkil edib.

Hesabat dövründə tikinti şüşəsinin is­tehsalı 6 milyon 736 min kvadratmetr təş­kil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz çoxdur. Eyni zamanda, tikinti kərpiclərinin istehsalı 8,1 faiz arta­raq 402,2 min kubmetrə, sement klinker­lərinin istehsalı isə 13,3 faiz çoxalaraq 2 milyon 750,4 min tona yüksəlib.

Bununla belə, ilin 8 ayında ölkədə əhəng istehsalı 38,2 faiz azalaraq 21,4 min ton, gips məmulatlarının istehsalı isə 2,1 faiz azalaraq 79,1 faiz təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
xalqqazeti.az

2Sources