23.09.2024-cü il tarixdə saat 12:00-dan 24.09.2024-cü il saat 12:00-dək Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, fasiləyə səbəb magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədardır.