Türkiyədə məşhur müğənni Metin Arolat vəfat edib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, sənətçi Kadıköydə səhnə aldığı vaxt qəfildən halı pisləşib.
Arolat ilkin tibbi müdaxilədən sonra xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
52 yaşlı müğənni "Ayrılık Olmaz" adlı ilk albomunu 1995-ci ildə buraxıb. O, İzmirdəki Dokuz Eylül Universitetinin iqtisadi və inzibati elmlər fakültəsinin məzunu idi.