EN

Qarabağın dirçəlişi davamlı, miqyaslı və sürətlidir

Prezident İlham Əliyevin Ağdam və Xankəndiyə səfərinin ilkin təəssüratı

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura davamlı səfər­lərinin hər birində erməni vandalizminin xarabazara döndərdiyi ərazilərdə möhtəşəm Qayıdış Proqramının gerçəkləşdirilməsinin növbəti addımları xalqımıza təntənə ilə təqdim edilir. Bu səfərlər zamanı həm də yenidən qurulan, dirçəldilən yaşayış məntəqələrinin, is­tehsal və infrastruktur obyektlərinin təməlləri qoyulur.

Qarabağ zəfərimizin zirvəsi olmuş antiterror əməliyyatının ildönümü günlərində dövlət başçısının bölgəyə Ağdamdan başlayan səfəri də yeni açılış­lara və növbəti layihələrə start verilməsi ilə əlamətdar oldu. Xəbər verdiyimiz kimi, səfərin ilk günündə Prezident İlham Əliyev Ağdamda yaradılan regional Sənaye Parkında gö­rülən işlərlə tanış oldu, yeni zavodların açılış mərasimlərin­də iştirak etdi. Həmin gün ölkə rəhbəri Eyvazxanbəyli kəndi­nin təməlini qoydu, Xıdırlı və Kəngərli kəndlərində aparılan bərpa işləri ilə tanış oldu. Pre­zident İlham Əliyev Ağdam şəhərində yeni tikilən “Aghdam City Hotel”in və əsaslı bərpa edilən İmarət Kompleksinin də açılışında iştirak etdi.

Dövlətimizin başçısı Qara­bağda Azərbaycanın suveren­liyinin tam bərpa edilməsini təcəssüm etdirən Xankəndiyə səfəri zamanı 30 il separatatçı xuntanın ölü zonaya çevirdi­yi bölgəni indi ölkənin əsas hissəsi ilə birləşdirən müasir yol-nəqliyyat kommunikasiya­sında – Ağdam–Əsgəran–Xo­calı–Xankəndi avtomobil yo­lunda görülən işlərlə də tanış oldu.

Qarabaq müxbirimiz dünən Ağdamda olub, ölkə rəhbərinin səfər marşrutundakı meydan­larda gecəli-gündüzlü çalışan inşaatçı və bərpaçılarla görü­şüb. Hər yerdə adamlar dövlət başçısı ilə görüş və söhbətlərin onlarda böyük ruh yüksək­liyi yaratdığını, unudulmaz xatirəyə çevrildiyini, atılan təməllərin bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yeni sürət və dinamizm gətirdiyini söyləyiblər. 

Müxbirimizin Prezident İlham Əliyevin səfərinin unu­dulmaz təəssüratından, Qa­rabağın dirçəlişinə verdiyi töhfələrdən və yeni layihələrin önəmindən bəhs edən reportaj­ları oxuculara qəzetimizin növ­bəti saylarında təqdim ediləcək.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
xalqqazeti.az

1Sources