EN

Naxçıvanda Ali Məclisə seçkilərin nəticələri təsdiqlənib

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindən redaksiyamıza verilmiş məlumatda bildirilir ki, iclası Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin səd­ri Səadət Bəktaşi açıb. O, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı mad­dəsinə uyğun olaraq Muxtar Respublika Mərkəzi Seçki Komissiyasından daxil ol­muş materiallar üzrə Ali Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə konstitusiya icraatı qaydasında baxıldı­ğını bildirib, məhkəmə tərkibini elan edib.

Sonra Ali Məhkəmənin hakimi Əli Al­lahverdiyev seçkilərin nəticələrinin yoxla­nılması və təsdiq edilməsinə dair məruzə ilə çıxış edib. Muxtar Respublika Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseyn-zadə isə seçkilərə hazırlıq prosesindən baş­layaraq, son nəticələrə qədər həyata keçiril­miş işlər barədə geniş məlumat verib.

Naxçıvan Dövlət Statistika Komitə­sinin aparat rəhbəri Həbib Rzayev quru­mun mütəxəssislərinin yoxlama prosesində yaxından iştirak etdiyini bildirərək yoxla­manın yekununa dair rəyi elan edib. Çıxış­lardan sonra məhkəmə tərkibi müvafiq qərar qəbul etmək üçün müşavirə otağına gedib.

İclasın sonunda Səadət Bəktaşi Muxtar Respublika Ali Məclisinə növbədənkənar seçkilərin nəticələrinə dair yekun qərarı elan edib. Qərara əsasən, seçki dairələri üzrə seçkilərin nəticələri, bütövlükdə, təs­diq olunub.

XQ

Chosen
17
xalqqazeti.az

1Sources