EN

Ukraynanın müdafiə naziri və Baş Kəşfiyyat İdarəsinin rəhbəri istefa verəcək

Ukraynanın müdafiə naziri Rustem Umerov və Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov tutduqları vəzifələrdən azad oluna bilərlər.

"Unikal" xəbər verir ki,  bu barədə Ukraynanın “Strana” nəşri məlumat edib.  

Bildirilir ki, GUR-a Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, Budanovun keçmiş müavini Oleq İvaşçenko rəhbərlik edəcək. Umerov isə İvaşçenkonun yerinə kəşfiyyat rəhbəri təyin oluna bilər.  Müdafiə nazirinin yerinə isə hələlik namizəd yoxdur. 

Gülayə Mecid 

Chosen
19
unikal.az

1Sources