EN

Türkiyədə iki metrobus toqquşub, yaralılar var

İstanbulun Avcılar ərazisində metrobusun eyni istiqamətdə hərəkət edən başqa bir metrobusun arxasına çırpılması qəzaya səbəb olub.

News365.az  "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Qəza səbəbiylə hər iki metrobusa ciddi ziyan dəyib.

Yaralı 2 sərnişinə təcili yardım qrupları ilkin tibbi müdaxilə həyata keçirib. Daha sonra onlar xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
news365.az

1Sources