Bakı. Trend:
Yaponiyada leysan yağışları səbəbindən 30 minə yaxın insantəxliyə edilib.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Yaponiyada Honsyu adasının qərbindəki İşikavabölgəsində təbii fəlakət səbəbindən mümkün 5 səviyyədən 4-cütəhlükə səviyyəsi elan edilib. Bölgəyə son onilliklərdə görünməmişgüclü yağışlar yağıb.
Su yaşayış məntəqələrinin küçələrini basır, insanlaryanğınsöndürmə xidmətinə və polisə kömək üçün müraciət edirlər.
Azı 1 nəfər itkin düşüb və 4,8 min ev işıqsız qalıb.