Maks Ferstappen FİA-nın ictimai işlərində məşğul olmağa məhkum edilib.
Bizim.Media xəbər verir ki, “Red Bull” sürücüsü mətbuat konfransında nalayiq ifadələr işlətdiyi üçün Sinqapur qran-prisinin stüardları tərəfindən cəzalandırılıb.
Formula 1 üzrə üçqat dünya çempionu ingilis dilini kamil bilmədiyinə görə səhv etdiyini dilə gətirib. O, gündəlik həyatda ünsiyyət zamanı oxşar ifadələrdən tez-tez istifadə etdiyini də boynuna alıb.
Beynəlxalq Avtomobil Federasiyası qayda pozuntusunun kifayət qədər ciddi olmadığını nəzərə alaraq, Ferstappeni FİA-nın ictimai fəaliyyətində iştirak etməklə cəzalandırıb.
Bizim.Media