Bakı. Trend:
Sumqayıtda soyğunçuluqda və oğurluqda şübhəli bilinən dəstəüzvləri saxlanılıb.
Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayonərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluqyolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdənümumilikdə 6700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manatpul, sənəd və bank kartları oğurlamaqda şübhəli bilinən, əvvəllərdəfələrlə məhkum olunmuşlar - 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyevvə 38 yaşlı P.Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.