Bakının bu rayonunda su olmayacaq
Bakının Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 23-də saat 12:00-dan sentyabrın 24-ə saat 12:00-dək Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.