Fransada bu il keçirilən XVII Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva "MediaTürk TV"nin qonağı olub.
Modern.az-ın məlumatına görə, o, fəaliyyətindən, Paris olimpiadasından, məşqlərdən və sair mövzulardan danışıb.
Qeyd edək ki, Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2015-ci ildən idmanla məşğul olur.
T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış edən Azərbaycan paraatleti 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub.
Müsahibəni təqdim edirik: