Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Fənərbaxça" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, VI turda baş tutacaq oyun Atilla Karaoğlan tərəfindən idarə olunacaq.
Bakı vaxtı ilə saat 21:00-da "Ülker" stadionunda başlayacaq İstanbul derbisi Super Liqa tarixində 135-ci dəfə keçiriləcək.
İndiyə qədər baş tutan görüşlərin 53-ündə "Fənərbaxça", 37-də "Qalatasaray" qələbə qazanıb, 44 oyun isə heç-heçə nəticələnib.
"Sarı-lacivərdlilər", ölkə çempionatları tarixində "aslanlar"ı ən çox məğlub edən (53) və ona ən çox qol vuran (163) komanda olaraq tanınır. Okan Burukun rəhbərliyi altında "Qalatasaray" son 4 qarşılaşmadan yalnız birində məğlub olub (19 may 2024 - 0:1).
Hazırda "Qalatasaray" 15 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.
21 sentyabr
Türkiyə Super Liqası
21:00. "Fənərbaxça" - "Qalatasaray"
“Olimpiakos”da yeni müqavilə
"Barselona"nın futbolçusu Premyer Liqa yolunda
“Çelsi”də kütləvi ayrılıq
Yusuf Yazıcı üçün 4 namizəd
Flik: “Barselona” Çempionlar Liqasını qazana bilər”