BMT-nin baş qərargahında “Gələcəyin Sammiti”ndə iştirak etmək üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, qurumun Departament rəhbəri Elnur Bağırlı, beynəlxalq layihələr üzrə meneceri Türkan Orucova ABŞ-da səfərdədir. Sammitdən əvvəl - 20 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasınınu BMT yanındakı Daimi Nümayəndəsi Yaşar Əliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin heyəti ilə görüşüb. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də iştirak edib.