EN

Sumqayıtda soyğunçuluqda şübhəli bilinən 3 keçmiş məhkum saxlanıldı

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, həmin şəxslər müxtəlif vaxtlarda şəhər ərazisində 4 evdən ümumilikdə 6 min 700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pul, sənəd və bank kartları oğurlayıblar. 

 

Saxlanılan şəxslər əvvəllər dəfələrlə məhkum olunmuşlar - 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyev və 38 yaşlı P.Quliyevdir.

 

Faktlarla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Chosen
14
24
senzor.az

10Sources