EN

Xankəndi məktəbində ilk DƏRS GÜNÜ

Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə rayonu Talış kənd tam orta məktəb və Talış kənd körpələr evi-uşaq bağçası istifadəyə verilib. İki gün əvvəl isə Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin açılışı olub. Sentyabrın 23-də Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, bunu Xankəndidə AZƏRTAC-a müsahibəsində Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov deyib.

 

O bildirib ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb 624 şagird yerlikdir: “Hazırda 296 nəfər şagird qeydiyyatdan keçib. 57 nəfər şagird isə gözləmədədir. Bu o deməkdir ki, yaxın günlərdə biz o şagirdləri məktəbə və təhsilə cəlb edəcəyik”.

 

Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə müəllim kollektivinin formalaşması da başa çatmaq üzrədir. "İşğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə bilik və bacarıqları ən yüksək səviyyədə olan müəllimləri seçərək işə qəbul etmişik. İnanırıq ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına başa gələn bu böyük Qələbəyə yüksək təhsilimizlə cavab verəcəyik. Yaxın illərdə Xankəndi şəhər 4 nömrəli tam orta məktəb öz uğurları ilə bütün Azərbaycanı sevindirəcək” - deyə, A.Məcidov bildirib.

 

Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini qeyd edib ki, Xankəndi şəhəri ilə bərabər Kərkicahan qəsəbəsində 1 nömrəli tam orta məktəb və uşaq bağçası da hazır vəziyyətə gətirilib. Yaxın gələcəkdə həmin təhsil müəssisələrinin də açılması planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
8
modern.az

9Sources