EN

Qarabağ Universitetində gələn il tibb fakültəsi açılacaq

Qarabağ Universiteti müasir standartlara uyğun qurulub.

Bu barədə  Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, yeni dövrün mütəxəssislərinin hazırlanması baxımından yeni məzmun hazırlanıb.

"Komandamız peşəkarlardan ibarətdir. Bu səbəbdən Qarabağ Universiteti ən keyfiyyətli ali təhsil xidmətləri göstərəcək. İlk tədris ili üçün 1154 tələbə universitetə qəbul olub. Universitetdə isə 160 əməkdaş fəaliyyət göstərəcək. Qarabağ Universitetinin qarşısında xüsusi taprşırıqlar və vəzifələr qoyulub. Tələbələrimiz qəbul imtahanında yüksək bal toplayıb. Növbəti illərdə yeni ixtisaslar yaradılacaq. Qarabağ Universitetində növbəti tədris ilində tibb fakültəsinə tələbə qəbulu həyata keçiriləcək. Tamamilə fərqli bir məzmunda tibb təhsili veriləcək. Qarabağ Universiteti həm də tədqiqat yönümlü universitet olmağı planlayır", - deyə o bildirib.

Qeyd edək ki, Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.
Chosen
14
10
news365.az

10Sources