EN

Həqiqət üzə çıxdı: Əmisi ilə anasını birgə görən Narin…

Avqustun 21-i Quran kursundan çıxdıqdan sonra itkin düşən və 19 gün sonra cəsədi tapılan Narin Güran cinayəti ilə bağlı etirafçı Nevzat Bəxtiyar həqiqətləri açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, ciddi təhlükəsizlik nəzarəti altında ədliyyəyə gətirilən Bəxtiyar 4 saat sorğulanıb. O, Narinin əmisi Salim Güran ilə anası Yüksəl Güranı yataqda gördüyünü, buna görə də əminin azyaşlını boğaraq öldürdüyünü bildirib:

"Hadisə günü Salimə su məsələsi ilə bağlı zəng etdim. Salim də məni qardaşı Arifin evinin yerləşdiyi təpədən çağırdı. Evə girəndə Narinin cəsədi yerdə uzadılmışdı, səhv eləmirəmsə, ağzından köpük də gəlirdi. Salim də, "Narin Yüksəl ilə məni birlikdə gördü, buna görə onu öldürdüm. Sən də artıq bu cinayətin bir üzvüsən. Bu olaya şahid olduğun üçün cəsədi yox edəcəksən. Yoxsa oğlunu getdiyi futbol məktəbindən götürdər, başından vurduraram. Cəsədi yox elə, ardınca sənə 200 min TL verəcəyəm", - dedi. Sonra cəsədi mən və Salim birlikdə ədyala bükdük. Salim cəsədi qucağıma verdikdən sonra evdən çıxdım. Narinin anası isə əllərini üzünə tutub, arxamızca ağlayırdı".

Nevzat Bəxtiyar ifadəsini verdikdən sonra yenidən cəzaçəkmə müəssisənə göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
6
hurriyyet.az

7Sources