Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla sentyabrın 26-27-də görüşəcək.“RBK-Ukraina” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında V.Zelenski danışıb.Onun sözlərinə görə, gələn həftə ABŞ-yə səfəri zamanı prezidentliyə digər namizəd Kamala Harrislə də görüşəcək. Xatırladaq ki, bir neçə gün əvvəl Tramp Zelenski ilə görüş ehtimalı barədə danışıb.
Paylaş: