EN

Rusiya və Çin birgə dəniz təlimlərinə başladı

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.

Bu barədə İqtisadiyyat.az “İnterfaks”a istinadən xəbər verir.

Rusiyanın Sakit Okean Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərindən ibarət dəstə artıq təlimlər keçirmək üçün Vladivostokdan dənizə çıxıblar.

Rusiya tərəfdən təlimlərdə sualtı qayıq əleyhinə “Admiral Panteleyev” və “Admiral Tributs” iri gəmilər, “MPK-82” və “MPK-107” sualtı qayıq əleyhinə kiçik gəmilər, həmçinin “Smerç” kiçik raket gəmisi, Çin tərəfdən isə “Xining” və “Wuxi” esminesləri, “Lin Yi” freqatı və “Taihu” kompleks təchizat gəmisi iştirak edəcək.

Chosen
45
12
iqtisadiyyat.az

10Sources