EN

XİN: Livandakı səfirliyə təxliyə ilə bağlı heç bir azərbaycanlı müraciət etməyib

"Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var". Bu barədə "Trend"in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, bu il avqustun 3-də səyahət xəbərdarlığı verilib.

 

"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə əlavə edilib.

 

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində onlarla adam ölüb, 4 min nəfər isə yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşıması qadağan edilib.

Tarix: 21 Sentyabr 2024, 14:03   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
27
pravda.az

10Sources