EN

Narinin qətlinin şok detalları: O, anası ilə əmisinin cinsi əlaqədə olduğunu görüb və...

Narin Güran cinayəti ilə bağlı etirafçı Nevzat Bəxtiyar həbsxanadan məhkəməyə gətirilərək qətllə bağlı hər şeyi etiraf edəcəyini bildirib.

Publika.az xəbər verir ki, Bəxtiyarın sözlərinə görə, Narin anası ilə əmisi Səlimin cinsi münasibətdə olduğunu görüb, daha sonra əmisi qızı öldürərək cəsədi ona verib və meyiti yox etməyi tapşırıb.

Dünən Narinin qətli ilə bağlı işdə ciddi rezonans olub. Həbs olunaraq T Tipli Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilən etirafçı Nevzat Bəhtiyar peşman olduğunu deyib. O, hadisə ilə bağlı bildiyi hər şeyi səmimiyyətlə söyləyəcəyini qeyd edib.

Beləliklə, Bəxtiyar "Səlim mənə Narinin meyitini məhv etməyi tapşırdı. Dedi ki, yoxsa oğlunu oxuduğu futbol məktəbindən alıb başından güllələyəcəm. Səlim meyiti yox etmək qarşılığında mənə 200 min lirə verəcəyinə söz verdi", deyə etiraf edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
publika.az

1Sources