EN

Alman klubunda istefa dalğası - RƏSMİ

Almaniyanın "Şalke" klubunda şok istefalar reallaşıb. 

Fanat.Az Helzenkirhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 oyundur qələbə qazanmayan komanda 2-ci Bundesliqada evdə "Darmştadt"a 3:5 hesabı ilə uduzduqdan sonra ciddi dəyişikliyə əl atıb. 

"Şalke" idman direktoru Marks Vilmots ilə baş məşqçi Karel Gerartsın qovulduğunu açıqlayıb. 

“Şalke”nin baş direktoru Mattias Tillman klubun qərarını belə əsaslandırıb: “İdarə Heyətinin Karel Gerarts ilə davam etməmək qərarı təkcə nəticələrin olmaması və "Darmstadt"a məğlubiyyətə deyil, həm də son bir neçə həftənin ümumi mənfi inkişafına əsaslanır. Taktiki və futbol baxımından nə komanda, nə də fərdi olaraq lazımi addımları atmışıq”. 

Qeyd edək ki, "Şalke" 6 turdan sonra hazırda 2-ci Bundesliqanın turnir cədvəlində 14-cü yerdədir.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
fanat.az

1Sources