EN

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sentyabrın 21-də Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Muxtar Babayevin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.

Bu barədə "İki sahil"ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1000-dən çox ağac əkilib. Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
11
ikisahil.az

10Sources