EN

Prezidentin işğaldan azad edilmiş rayonlarımıza səfəri xüsusi önəm daşıyır



Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusunun dövlət suverenliyini tam bərpa etdiyi, separatçıların ərzilərimizdə kökünün kəsildiyti və nəticədə beynəlxaq hüququn zəfər çaldığı günün ildönümündə cənab Prezidentin işğaldan azad edilmiş rayonlarımıza səfəri xüsusi önəm daşıyır.

Ümumiyyətlə isə cənab Prezidentin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə Böyük Qayıdış üçün iri həcmli layihələr həyata keçirilir.

Prezidentin Qarabağa səfəri, Xankəndində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı və oradakı çıxışı bir sıra mühüm mesajlarla yadda qaldı. Məlumdur ki, iki gün öncə 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Elə Prezident də bu məqama toxunaraq bildirdi ki, "düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi". Prezidentin də vurğuladığı kimi bu il Xankəndinə qeyd edilən 20 sentyabr gününün bundan sonra geniş şəkildə bütün ölkə ərazisində qeyd olunacağı şübhəsizdir.
Dövlət başçısının da vurğuladığı kimi 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
Prezident çıxışında xüsusi olaraq hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından da danışdı və şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd etdi. Həqiqətən də Azərbaycan əsgəri istər İkinci Qarabağ savaşı dövründə, istərsə də antiterror tədbirləri zamanı öz qəhrəmanlığı ilə dastan yazdı deyə bilərik. Dövlər başçısının da dediyi kimi 44 gün ərzində olduqca çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək təkcə qəhrənamlıq deyil, həm də peşəkarlığın göstəricisidir.

"İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz " deyən dövlət başçısı işğal tarixindən, "Kürəkçay", "Gülüstan", "Türkmənçay" müqavilələrindən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilərin kütləvi surətdə İrandan və Şərqi Anadoludan buərazilərimizə köçürülməsindən və tarix boyu xalqımıza qarşı atılan düşmənçilik addımlarından da danışdı.

Prezidentin çıxışındakı ən vacib mesajlardan biri də cəmiyyətdə birliyin olması ilə bağlı oldu. Prezident bir daha bəyan etdi ki, heç bir ölkədə 44 günlük Vətən müharibəsində bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət olmayıb. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar.

Yusif Bağırzadə, politoloq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
newscenter.az

1Sources