EN

Prokurorluq əməkdaşları 1000-dən çox ağac əkiblər - FOTO

Yazını böyüt
Yazını kiçilt

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sentyabrın 21-də Baş Prokurorluq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Hərbi Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Muxtar Babayevin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirilib.

Bu barədə hafta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1000-dən çox ağac əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla söhbət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
11
hafta.az

10Sources