EN

Alimlər bal arısı zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi müəyyən ediblər

Harri Perkins İnstitutunun və Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, bal arılarının zəhərində olan melittin peptidi xərçəng hüceyrələrini məhv edə bilər.

“Report” xəbər verir ki, araşdırmanın nəticələri “NPJ Nature Precision Oncology” jurnalında dərc edilib.

Alimlər Pert (Qərbi Avstraliya), İrlandiya və İngiltərədən olan 312 bal arısı və eşşəkarısının zəhərini tədqiq edərkən melittinin unikal antikanserogen xüsusiyyətlərini aşkar ediblər.

Bu peptidi süd vəzi xərçəngi olan siçanlara yeritdikdən sonra araşdırmaçılar onun son dərəcə güclü olduğunu aşkar ediblər – melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir.

Yeridildikdən 20 dəqiqə sonra melittin xərçəng hüceyrələrinin böyüməsi və bölünməsi üçün gərəkli kimyəvi siqnalları basdırmaq qabiliyyətini nümayiş etdirib.

Elm adamları həmçinin müəyyən ediblər ki, melittin kiçik molekullar və ya dosetaksel kimi kimyaterapiya dərmanları ilə birlikdə süd vəzinin aqressiv formalarının müalicəsində effektiv ola bilər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, melittin və dosetakselin birləşməsi şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladır.


Chosen
35
41
azia.az

10Sources