EN

Məhkəmə qərarı olmadan heç kəsin pensiyası kəsilə bilməz 51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur

Bu günlərdə bir sıra media qurumlarında 51 il iş stajı olan müəlliminpensiyasının azaldılmasından informasiya yayılıb. Bu informasiyayaƏƏSMN-in cavabı bir daha ölkədə qanunun , Konstitusiyanın yox, məmurözbaşınalığının ən yüksək qüvvədə olmasını ortaya qoyur. Fikir verin,vətəndaşın pensiyasının “şəffaflıq monitorinqi ilə” (?) azaldıldığı bildirilir.Bəyəm sosial müdafiə, pensiya təminatı məmurlarının “monitorinq” qərarıqanundan üstündür? Əlbəttə, ritorik sualdır, Azərbaycanda ən yüksəkhüquqi qüvvəyə malik olan qanun Konstitusiyadır və Konstitusiyanın 149-cu maddəsinə görə, qanunların tətbiqi və icrası vətəndaşlar,qanunvericilik , icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər vəbələdiyyələr üçün məcburidir. Bəs pensiya təminatı sahəsindəmünasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” qanun nə deyir?“Əmək pensiyaları haqqında” 07.02.2006-cı il tarixli , 54-IIIQ saylıQanunun 39.1 maddəsini “monitorinq” məmurlarının diqqətinə çatdırırıq:“... Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavəninməbləği ƏMƏK PENSİYAÇISININ RAZILIĞI İLƏ əmək pensiyasınıtəyin edən orqanın QƏRARI əsasında, RAZILIĞI OLMADIQDAMƏHKƏMƏ QAYDASINDA tutulur”. Bəs niyə 51 il stajı olan müəlliminRAZILIĞI OLMADIĞI HALDA, pensiyası MƏHKƏMƏ QƏRARI OLMADANazaldılıb? Bəyəm monitorinq qərarı məhkəmə qərarındanüstündür? Vurğuladığımız kimi , yox! Bəs qanunun (düzgün) tətbiqinə,icrasına kim nəzarət edir? Ana Qanunun 133-cü maddəsinə görə, nəzarətfunksiyası prokurorluq orqanlarının “monopoliyasındadır”. Bəs niyəprokurorluq Konstitusiya ilə üzərinə qoyulan funksiyanı , görəvi icra etmir?Niyə ƏƏSMN-i “Əmək pensiyaları haqqında” qanunu düzgün tətbiq etməyəməcbur etmir?Suallar çox, cavablar qanunsuz. Ya deyəcəklər mülki mübahisədir,məhkəməyə müraciət edilməlidir, ya da prokurorluğa aid deyil(?). Hər ikicavabın qanunsuzluğunu Konstitusiya doğrulayır. Birincisi, məhkəməyəpensiyaçı yox, pensiyanı özbaşına kəsən qurum müraciət etməlidir;ikincisi, prokurorluq mülki, inzibati, cinayət xarakterli olmasından asılıolmayaraq qanunun icrasını və tətbiqini təmin etməlidir.Hesablama Palatasının, Maliyyə Nazirliyinin Dövlət Maliyyə NəzarətiXidmətinin, Ombudsmanın, məhkəmənin və s. və i.a ...da özbaşınalıqdaözəl payı az deyil. Hamı pensiyaçıların pensiyasından “qızıl” payınıgötürüb, susur. Susmaqsa qızıldır. Konstitusiyada yazılmasa da, “korrupsiyaqaydası”nda qüvvədədir.Məğrur BədəlsoyTEREFD
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
2
dunyapress.info

3Sources