EN

“Neftçi”nin antirekordu

“Neftçi” tarixinin antirekorduna imza atıb.

"Football-plus.az" xəbər verir ki, Bakı klubu ölkə çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Bu, Misli premyer-liqasının cari mövsümündə gerçəkləşib. 7-ci turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun komandası startdakı 7 oyunda qələbə qazanmayıb.

“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
29
football-plus.az

10Sources