EN

“Rusiya ordusu toz halına salınacaq..?”

…2022-ci ildə ABŞ Rusiyaya xəbərdarlıq etdi ki, Ukraynaya qarşı nüvə silahından istifadə edilərsə, Vaşinqton onun hərbi qüvvələrinə güclü zərbə vuracaq. SİA-nın əldə etdiyi məlumata görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus deyib.

"Onet" nəşrinin məlumatına görə, 2022-ci ildə Petreus Amerika mediasına ABŞ-ın Rusiyanın bütün Qara dəniz donanmasını, eləcə də Ukrayna ərazisində yerləşən bütün Rusiya quru və hava qüvvələrini məhv etməyə hazır olduğunu bildirib.

Nəşrin aydınlaşdırdığı kimi, Vaşinqton Moskvanı birbaşa təhdid etməyib, ona görə də xəbərdarlığını Petreus vasitəsilə çatdırıb.

Onun Rusiya tərəfinə təqdim etdiyi kommünikedə Amerika təyyarələri və sualtı qayıqlarından atılacaq yüzlərlə qanadlı raketdən istifadə etməklə Rusiya hədəflərinə zərbə endirilməsinin ətraflı təsviri var idi.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbərinin sözlərinə görə, Rusiya ABŞ-ın sərt, lakin eyni zamanda ehtiyatlı mövqeyi, digər ölkələrin dəstəyi sayəsində nüvə silahından istifadə etməkdən çəkindirib.

Yeri gəlmişkən, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns bu yaxınlarda bəyan edib ki, 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin payız əks-hücum əməliyyatı zamanı Rusiyanın Ukraynaya taktiki nüvə silahları ilə zərbə endirməsi riski real olub.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
4
sesqazeti.az

5Sources