EN

Kamala Harris CNN-dən debat təklifini qəbul etdi

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CNN-in oktyabrın 23-nə etdiyi debat dəvətini qəbul edib. Respublikaçı rəqib Trampın bu açıqlamaya cavabı gözlənilir.
Sherg.az xəbər verir ki, Seçki qrupunun lideri Cen O'Malley Harrisin CNN-in dəvətini qəbul etdiyini açıqlayıb.

O'Malley, "Donald Trampın bu debatı qəbul etməkdə heç bir problemi olmamalıdır" deyib.

Respublikaçı namizəd Donald Trampın seçki kampaniyası hələ ki, şərh verməyib.

Lakin Tramp daha əvvəl yeni debatda iştirak etməyəcəyini açıqlamışdı. İki namizəd ilk dəfə sentyabrın 10-da, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi üz-üzə gəlib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
sherg.az

1Sources