EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 428 Bakı şəhəri, 20 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqın­da

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli 200 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 862 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 2.1-ci bəndində “Təhlükəli Tullantılar” sözləri “Tullantıları İdarəetmə Mərkəzi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Chosen
5
1
xalqqazeti.az

2Sources