EN

Gəncədə mənzildə partlayış olub,qadın xəsarət alıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəşəhəri, Fikrət Əmirov küçəsi, 4 ünvanında yaşayış binasındapartlayış baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhərYanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıbeşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumisahəsi 54 kv.m olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, qazsızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın başverdiyi müəyyən edilib.

Hadisə nəticəsində xəsarət alaraq mənzildə köməksiz vəziyyətdəqalan 1940-cı il təvəllüdlü Orucova Tavlina Şamilovnayanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardımbriqadasına təhvil verilib. Partlayış nəticəsində mənzilə vəbinanın qarşısında park edilmiş üç avtomobilə ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisəyerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.

Məqalədə:
Chosen
8
17
az.trend.az

10Sources