1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, dünya çox təhlükəli vəziyyətə düşüb və onun seçki yarışındakı rəqibi Kamala Harris üçüncü dünya müharibəsini dayandıra bilməyəcək.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Dünya indi çox təhlükəli yerdir. Kamala ən sadə suallara belə, cavab vermək iqtidarında deyil. Bu, dəlilikdir! Əgər o, bunu edə bilmirsə, üçüncü dünya müharibəsinin bitirilməsi ilə bağlı məsələdə bizi necə təmsil edə bilər? Cavab sadədir: bilməz", - deyə Tramp "Truth Social" səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl siyasətçi demokratik administrasiyanın ABŞ-ni üçüncü dünya müharibəsinə aparacağını bəyan etmişdi.