EN

İntihar edən 27 yaşlı keçmiş polislə bağlı YENİ FAKTLAR

Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda 27 yaşlı Sultan Babayev şənbə günü meşəlik ərazidə özünü asaraq intihar edib.

Sevdiyi qıza görə keçirdiyi sarsıntıdan həyatına qəsd etdiyi bildirilən Sadiqin həm də külli miqdarda borcu var imiş.

Belə ki, yaxınları S. Babayevin internet qumar oyunlarından asılı hala düşdüyünü və külli miqdarda borcunun yarandığını bildiriblər. Onun sevdiyi qızla da problem yaşamasından sonra, həmçinin külli miqdarda borca görə çıxlmaz vəziyyət yaşadığından həyatına qəsd etdiyi bildirilir.

S. Babayevin ağacdan asılı halda qalmış meyiti sentyabrın 21-də günorta saatlarında meşəlik ərazidə Meyniman kənd sakinləri tərəfindən tapılıb.

Qeyd edək ki, S. Babayev əvvəllər polis nəfəri kimi mühafizə alayında xidmət edib. O, ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz müraciəti əsasında işdən çıxıb.

Ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, mərhum 3 bacının bir qardaşı olub./ Publika.az


Chosen
48
1
referans.az

10Sources