EN

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, o, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.

Chosen
100
47
qaziler.az

10Sources