Bakı, 23 sentyabr, AZƏRTAC
İngiltərə Premyer Liqasının V turunun "Mançester Siti" - "Arsenal" matçında (2:2) maraqlı statistika qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, London təmsilçisinin heyətində hücumçu Kay Havertz və müdafiəçi Yurrien Timber görüşü dəqiq ötürmə etmədən başa vurublar.
Bununla da K.Havertz Premyer Liqa tarixində son 7 mövsümdə 90 dəqiqə meydanda olan və dəqiq ötürmə edə bilməyən ilk oyunçu olub.
26 yaşlı almaniyalı forvard "şəhərlilər"lə qarşılaşmada 5, Y.Timber isə 6 cəhddə uğursuz ötürmə ediblər.