“Araz” supermarketlər şəbəkəsi, vergi uçotu üzrə Aparıcı mühasib vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Öhdəliklər:
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
- Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
- Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
Tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- ACCA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Logo (Tiger) proqram biliyinin olması arzu olunandır.
- E-gov.az,e-taxes.gov.az,stat.gov.az dövlət platformalarında işləmək bacarığı;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komanda ilə işləmə bacarığının olması;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- SAP bilikəri üstünlükdür.
İş şəraiti:
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Vergi uçotu üzrə Aparıcı mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər: Career@retail.az
Zemfira Ms
Fins.az