EN

Daha bir şirkət əmək hüquqlarını pozdu

"Qarabağ Qaya" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xocalı Rayon Məhkəməsinin hakimi Tural Ələkbərovun icraatındadır. Baxış iclası oktyabrın 7-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 24 Sentyabr 2024, 08:18   
Chosen
138
14
pravda.az

10Sources