EN

Azərbaycan Ermənistanla normallaşma gündəliyinin təməlini qoyub - Ceyhun Bayramov

Bakı. Trend:

Azərbaycan Ermənistanla normallaşma gündəliyinin təməliniqoyub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasınınyüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin başqərargahında təşkil olunan “Gələcəyin Sammiti”ndə çıxışı zamanıdeyib.

"Azərbaycan Ermənistanla postmünaqişə dövründə tam şəkildəbir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasıvə hörmət edilməsinə əsaslanan normallaşma gündəliyinin təməliniqoyub", - deyə C. Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan BMT Nizamnaməsi ilə qorunansuverenlik və ərazi bütövlüyü kimi hüquqlarını bərpa edərək yenidövrə qədəm qoyub.

“Biz ikitərəfli danışıqlar vasitəsilə əldə edilmiş irəliləyişiəsas götürərək, yerdə qalan əngəlləri aradan qaldırmaq üçün təciliaddımlar atmağa çağırır, lazımi siyasi iradənin və məsuliyyətinnümayiş etdirilməsinin vacibliyini vurğulayırıq”,- deyə obildirib.

Chosen
12
19
az.trend.az

10Sources