EN

Bahar Lətifqızının toyda pulunu vermədilər - VİDEO

Müğənni Bahar Lətifqızının toyda pulunu verməyiblər.

Bu barədə müğənni sosial şəbəkədə video paylaşaraq bildirib.
Müğənni yaydığı videomüraciətdə deyib ki, dəvət olunduğu toyda ansambl və səs aparatı ona məxsus olmayıb, bu səbəbdən ifası zamanı çətinliklə üzləşib:
“Ansambl, musiqiçilər və səs aparatı mənim deyildi. Buna görə də istədiyim effekti ala bilmirdim, səslənmədən çox narazı idim. Nəhayət sonda dözə bilmədim və dedim ki, mən gedirəm. Toy sahibinə də dedim ki, pulumu istəmirəm. Toy sahibi də cavab verdi ki, “gedə bilərsiniz”. Amma məlum oldu ki, toydakı musiqiçilərin də pulu verilməyib. Bu, yolverilməzdir. Mən sadəcə mənə düşən pulu istəməmişəm, musiqiçilərin haqqı ödənilməli idi”.
Daha sonra müğənni yeni bir video paylaşaraq musiqiçilərin pulunun ödənildiyini açıqlayıb.

Chosen
112
43
yenilik.az

10Sources