Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb...
Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər.
Bu barədə Bakupost.az -a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib.
Övladı məktəbdə zəhərlənən valideyn deyib:
"Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər! 6-7 saat orda qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir".
Valideynlər bir məsələdən də şikayətçidirlər.
İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.
Poliqon.info