EN

Sumqayıtda şagirdlər BİT-BİRƏ dərmanından ZƏHƏRLƏNDİLƏR


"Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit-birə basıb. Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərlənib".

Bu barədə Bakupost.az-a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildiriblər.

Övladı məktəbdə zəhərlənən valideyn deyib:

"Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki, uşaqların halı pisləşər. 6-7 saat orada qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir".

Valideynlər bir məsələdən də şikayətçidirlər.

İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.


Chosen
37
25
nuh.az

10Sources