Azərbaycanda məhkum həbsdə ölüb.
"Ölkə.az" Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Şahin Həsənov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 26-cı ölüm hadisəsidir.