EN

Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Yunanıstan Respublikasının xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.

APA Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Yunanıstan arasında siyasi, iqtisadi, energetika və bərpa olunan enerji mənbələri, eləcə də humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın enerji sahəsində etibarlı strateji tərəfdaş olaraq, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və bu istiqamətdə bir sıra, o cümlədən Cənub Qaz Dəhlizi, Trans-Adriatik qaz kəməri və s. kimi uğurlu layihələrin həyata keçirildiyini bildirib.

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə məlumatlandırıb.

Görüşdə həmçinin əlavə əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***

20:55

"Yunanıstanın xarici işlər naziri George Gerapetritis ilə məhsuldar görüş oldu."

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz “X” hesabında deyib.

O bildirib ki, görüş zamanı regional çoxölçülü əməkdaşlığın əhəmiyyətini nümayiş etdirən birgə iqtisadi və enerji təşəbbüsləri müzakirə olunub.

Ceyhun Ceyhun
Chosen
38
4
apa.az

4Sources